Deputat: "SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub"

Deputat: "SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub""Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həm sovet dönəmində Azərneft adı ilə fəaliyyət göstərərkən, istərsə də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının flaqmanı olub. Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neftin hesabına formalaşır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Azərbaycan dövlətinin inkişafında neftin inkişafı danılmazdır: "Bilirsiniz ki, neftlə bağlı siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyilə SOCAR həyata keçirir. SOCAR-ın qazandırdığı o vəsaitlər olmasaydı, təbii ki, hansısa sosial layihələrin icrasından söhbət gedə bilməzdi. SOCAR-ın Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, hər hansı xırda elementlər buna kölgə salmamalıdır. Xüsusən də hansısa siyasi məqsədlər güdən radikal müxalifət görülən işlərə daş atmağa çalışmamalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan çoxsaylı kollektiv ləkələnməməli və onlar ruhdan salınmamalıdır".

Deputat qeyd edib ki, bəzi hallarda xaricdən maliyyələşən radikal müxalifət tərəfindən Azərbaycana qarşı kampaniyalar həyata keçirilir: "Əgər belə olmasaydı, mütəmadi olaraq ayrı-ayrı xırda piketlər, narazılıqlar və yaxud da ki, mətbuatın ayrı-ayrı nümayəndələrini işə cəlb etməklə belə təxribatlar etməzdilər. Onların məqsədi Azərbaycanın daxilində yaranmış ictimai-siyasi sabitliyi pozmaqdır. Eyni zamanda onların hədəfi SOCAR-ın timsalında Azərbaycan dövlətidir. Onlar dövlətə qarşı hədyanlar səsləndirirlər. İndiki zamanda bizim hər birimiz üçün ən ümdə məsələ dövlətin müdafiəsi olmalıdır. Yəni, ilk növbədə, dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumaq lazımdır. İstənilən halda konfliktlər yaradan şəxslər öz xalqına və dövlətinə xəyanət etmiş olur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 493   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568