Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

Sabir bankir Cahangir Hacıyevin bacanağı azadlığa buraxılıb.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Beynəlxalq Bank işinə görə həbs edilən İsmayıl Hidayətzadə bir neçə gün əvvəl azadlığa çıxıb.

Xatırladaq ki, İsmayıl Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və sabiq deputat Dünyamin Xəlilovla birlikdə müttəhimlər kürsüsünə çıxarılırdı.

Məhkəmə Dünyamin Xəlilova 14 il 6 ay, Cahangir Hacıyevə 17 il, İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdi. Onun barəsində ilk hökm 2015-ci ildə çıxarılmış, cəzası da həmin gündən hesablanırdı.

İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəlki hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, Apellyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirilmişdi. Növbəti cinayət işi üzrə məhkəmə iclasında isə cəzası qəti olaraq 5 il 6 ay olaraq müəyyən edilmişdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 371 Tarix: 15.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər