Toy paltarına görə 50 kg arıqlamaqla ŞOKA SALDI - FOTO

Toy paltarına görə 50 kg arıqlamaqla ŞOKA SALDI - FOTO

İngiltərənin Nyukasl şəhərində 100 kg çəkisi olan Cemma Dobbinq ürəyinə yatan toy paltarı tapa bilmədiyindən nəhayət arıqlamaq qərarına gəlib.

BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Star yazır.

Belə ki, 2018-ci ilin oktyabrında toy hazırlıqları zamanı 32 yaşlı Cemma arzuladığı toy paltarını geymək üçün arıqlamağı özünə məqəd seçib.

Toy paltarına görə 50 kg arıqlamaqla ŞOKA SALDI - FOTO

Həmin ilin avqustunda bəyəndiyi libas artıq 50 kg arıqlayan qızın tam eyninə olub.

Cemma vətəndaş nikahında 7 il birlikdə yaşadığı Alanla ailə qurub.

Bu müddətdə onların artıq bir övladı da dünyaya gəlib. Bütün diqqətini uşağa yönəldən ananın öz yemək rasionu bərbad vəziyyətə düşüb.

Səhər, günorta, axşam çips və fastfudla qidalanan Cemma arıqlama qruplarına qoşulandan sonra xüsusi pəhrizlərlə arzusuna çatıb.

Toy paltarına görə 50 kg arıqlamaqla ŞOKA SALDI - FOTO

Toy günü özünə bənzəməyən qız bütün qonaqları şoka sala bilib. O, bəyin sevincdən hətta kövrəldiyini deyir.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1481 Tarix: 15.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər