Qadınlar niyə kişilərdən çox yaşayır? - SƏBƏBİ BƏLLİ OLDU – VİDEO

Qadınlar niyə kişilərdən çox yaşayır? - SƏBƏBİ BƏLLİ OLDU – VİDEO

Statistik göstəricilərə görə, dünyada qadınlar adətən kişilərdan daha çox yaşayırlar. Azəbaycanda da bu belədir. Ölkədə kişilərin orta ömrü 73,3 il olduğu halda, qadınlarda bu göstərici 78,2-ə çatır. Yəni orta hesabla bizdə qadınlar kişilərdən 5 il daha uzun ömür sürürlər.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (kişi): “Qadınlar daha çox yaşayırlar. Kişi gedir işləyir, əziyyət çəkir, qadın isə evdədir. Həm də qadın ağlaya bilir, kişi isə bunu bacarmır, hər şeyi ürəyində dərd edir ondan”.

Ömrün uzunluğu həyat şəraitindən asılıdır. Elə buna görədir ki, dünyanın 20 ən uzunömürlü ölkəsindən 14-ü yaşayış şərtlərinin daha yüksək olduğu Avropadadır. Kişilərin az yaşamasında da bu amil böyük rol oynayır. Onların daha təhlükəli peşələrdə çalışması, səhhətlərinə fikir verməmələri ömürlərini qısaldır. Bu təkcə Azəbaycan cəmiyyətinə xas bir özəllik deyil.

Türk vətəndaşı (kişi): “Türkiyədə qadınlar daha çox yaşayırlar. Kişilər gedir işləyir, qadın evdə olur. Həm də Türkiyyənin havası yaxşı, təbiəti təmizdir”.

Sevinc Hüseynova – AMEA-nın əməkdaşı: “Uzunömürlülər içərisində qadınların sayı həmişə çox olur. Bu da onunla əlaqədardır ki, qadınlarda reproduktiv funksiyalar gec sönür. Biz tədqiqat aparmışıq ki, uzunömürlü qadınlar içərisində axırıncı doğuş 45-48 yaşında olub”.

Bir amil də zərərli vərdişlərdir. Qadınlara nibətən siqaret və içkiyə daha çox meyl edən əks cins tez qocalır, daha qısa ömür sürürlər.

Cinslərin emosionallığı da buna təsir edir. Qadınlar hisslərini daha rahat biruzə verir, ağlaya, gülə bilirlər. Kişilər isə ətrafdan çox vaxt soyuqqanlı görünsə də, hisslərini gizlətməli olurlar. Yəni, acılarını içlərində, gizli çəkməli olurlar.

Fərrux Əliyev – Psixoloq: “Bəzən kişilərin sirlərini heç kimə verməmələri onların problem yaşamasına səbəb olur. Düşünürlər ki, mən kişiyəm, sirrimi heç kimə verə bilmərəm, dərdimi deyə bilmərəm. Bununla bağlı da çox vaxt psixoloqlara müraciət belə etmirlər”.

Elmi hesablamalara görə, hər iki cins düzgün həyat tərzi ilə120 il ömur sürə bilər. Hələlik isə bizdə orta ömür göstərici 75,8 ildir. Əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 964 Tarix: 15.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər