Pirallahıda itkin düşən balıqçı ilə bağlı SON MƏLUMAT

Pirallahıda itkin düşən balıqçı ilə bağlı SON MƏLUMAT
Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

BiG.AZ xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 464 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər