Dəhşətli qəzadan sağ çıxan modelin FOTOLARI

Dəhşətli qəzadan sağ çıxan modelin FOTOLARI

Tambovlu model Yevgeniya Smetanina Minskdə dəhşətli qəzaya düşüb.

BiG.AZ-ın məlumatına əsasən, qəza 5 sentyabr tarixində baş versə də, model bu barədə indi məlumat verə bilib.

Yevgeniya "Rusiyanın rəngləri" müsabiqəsinin (2017-ci il) birinci vitse-missi seçilib.

Model Moskvadan Minskə "Qazel" markalı maşınla gəlib. Avtomobil isə yük maşını ilə toqquşub. Sürücü xəsarət almasa da, Yevgeniya çoxsaylı xəsarət diaqnozu ilə xəstəxanaya, reanimasiya şöbəsinə yerləşdirilib.

"Məni maşından naməlum şəxslər çıxarıb və öldüyümü düşünüblər. Mən qəzaya düşəndə çoxları məndən üz döndərdi. Amma yardıma gələnlərə təşəkkür edirəm. Artıq xarici görünüşümə görə əldə etdiyim iş əvvəlki kimi olmayacaq. Həyat əvvəlki kimi olmayacaq", - deyə Yevgeniya bildirib.

Dəhşətli qəzadan sağ çıxan modelin FOTOLARI
Dəhşətli qəzadan sağ çıxan modelin FOTOLARI

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 982 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər