Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.

Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.

Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.

Bu xəbər təkcə KİV səhifələrindən və televizor ekranlarından uzaqlaşmır, həm də ölkə hüquqşünasları mühitində elmi debatlar yaradıb. Lakin nə etmək olar - qanun qanundur.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1327 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər