1 litri 100 dollar,min dərdin dərmanı - Eşşək südü

1 litri 100 dollar,min dərdin dərmanı - Eşşək südüKleopatranın hər gün eşşək südü ilə dolu vannada saatlarla uzandığını yəqin ki eşitmisiniz. Səbəbi sadə idi, o gözəlliyini qorumaq, dərisini qırışlardan uzaq saxlamaq üçün belə edirdi.

Medicina.Az xəbər verir ki, elm adamlarının uzun müddət sürən araşdırmaları bir çox xəstəliklərin müalicəsində eşşək südünün əvəzsiz olduğunu təsdiq ediblər.

Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır
Xərçəng xəstəliyinin növləri arasında ən təhlükəlisi hesab edilən yoğun bağırsaq və qırtlaq xərçənginin ən etibarlı dərmanı eşşək südüdür, bunu aparılan araşdırmalar sübut edib. Dünyanın bir çox ölkəsində hələ indi müalicəvi əhəmiyyəti kəşf edilən eşşək südünün faydaları çox qədimdən Azərbaycan xalqı arasında da bilinirdi.

Südün faydası onun miqdarının az olması ilə də ölçülür. Belə ki, bir inək sutkada orta hesabla 20-30 litr süd verirsə, eşşək sadəcə 2 litr verə bilir. Eşşəkdən gündə 4 dəfə, aralarında 2 saatdan az müddət olmamaqla süd sağıla bilər. İndi bir çox dünya ölkələrində eşşək fermaları belə qurulub. Eşşəklərin baxımı və qidalanması olduqca rahatdır, uzunqulaqlar çox az miqdarda yemək yeyirlər, saxlanması ucuz başa gəlir, əvəzində isə baha qiymətə satılan südlərindən yaxşı gəlir əldə edilir. Belə ki, Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır.

Ana südünə ən yaxın olanı eşşək südü imiş
Qeyd etdiyimiz kimi, indiyədək ana südünə ən yaxın süd hesab edilən keçi südünü arxada qoyan eşşək südü öz tərkibi ilə ana südünə çox yaxın imiş. Eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərinə olduqca faydalıdır. Bundan əlavə, eşşək südünün astma və bronxit xəstəliyinin müalicəsində çox faydalı olduğu, üstəlik yoğun bağırsaq xərçənginin müalicə müddətində müalicəni sürətləndirdiyi məlum olub. Uzunqulaqların can dərmanı hesab edilən südünün sədəf və serroz kimi xəstəliklərin müalicə müddətində də müsbət təsirə malik olduğu bildirilir.

Eşşək südü tərkibindəki minerallar sayəsində bədənə müqavimət verir, immunitet sistemini gücləndirir. Bu müqavimət xərçəng xəstəliyi ilə mübarizədə ən vacib silahdır. Hazırda eşşək südünün faydalarından yararlanan bir çox ölkə var. Onların arasında Rusiya, Amerika, Brazilya, Fransa, İtaliya, İngiltərə, Çin və s. göstərmək olar.

Artıq çəkidən şikayətlənən insanlara da bu südün faydası var
Həkimlərin sözlərinə görə, dəri xəstəliklərindən əziyyət çəkən inanslar eşşək südü ilə dərilərini sildikdə problemlərinə çarə tapa bilərlər: "Qaraciyər serrozuna dərman olan eşşək südü ən yaxşı bəlğəmsökücü kimi də tanınıb. Qızdırması olan insanın istiliyini salma gücünə malik olan bu süd tərkibində olan yüksək keyfiyyətli "Omeqa 3" sayəsində ürəyi qoruyur. Onda olan yüksək miqdarda kalsium sayəsində sümük inkişafı artır və sümük əriməsi aradan qalxır. Artıq çəkidən şikayətlənən insanlara da bu südün faydası var. Belə ki, eşşək südü yağ əriməsini sürətləndirir və bədəni formada saxlayır. Həmçinin, keçmişdə qızılca çıxaran uşağa da eşşək südü içirilirdi. Həm antibakterial tərkibinə, həm də qızdırma salma xüsusiyyətinə görə yaxşı dərman hesab edilib".

Antibakterial tərkibi və immunitet sistemini gücləndirməsi səbəbi ilə marağa səbəb olan eşşək südü İtaliyada da tibbi məqsədlər üçün istifadə edilir. Onun faydalarından tam yararlanmaq üçün həkimlər südü qaynatmadan çiy olaraq istehlak etməyi lazım bilir.

Bu südünbsan orqanizminə başqa faydaları da var:

- mineral çatmazlığını aradan qaldırır

- immun sistemi gücləndirir

- xərçəng riskini azaldır

- astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür

- antibakterial təsirə malikdir

- bronxiti sağaldır

- qara ciyər fəaliyyətini yaxşılaşdırır

- sümükləri möhkəmləndirir

- artıq yağları əridir

- bəlğəmi tamamilə aradan qaldırır

- köpüyünü üzə sürtdükdə sızanaqları yox edir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1212   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893