Tanınmış futbolçu sevgilisi ilə görüntüləndi - Jurnalistlərə reaksiya verdi /VİDEO

Tanınmış futbolçu sevgilisi ilə görüntüləndi - Jurnalistlərə reaksiya verdi /VİDEO

"Fənərbaxça"dan "Qalatasaray"a transfer olunan Şənər Özbayraklı 4 ildir sevgili olduğu Şilan Makal ilə görüntülənib.

BiG.AZ xəbər verir ki, futbolçunun sevgilisinin əlindəki üzük paparazzilərin gözündən yayınmayıb. Cütlük ilk dəfə birlikdə görüntülənib.
Mecidiyeköydə tamaşa izləməyə gedən Şilan Makal və Şener Özbayraklı fotolarının çəkildiyini gördüyü zaman panikaya düşüblər. Özbayraklı, əllərini qaldıraraq "Xahiş edirəm çəkmə, çəkmə" deyə reaksiya verib.

Cütlük jurnalistlərin sualları qarşısında daha da stressə düşüblər və "Hər şey gözəl gedir" deməklə yetiniblər. Bundan əlavə Şener Özbayraklı "evlilik nə zaman? sualına "inşallah" deyə cavab verib.

Daha sonra onlar məkanı sürətli addımlarla tərk ediblər.

Qeyd edək ki, Şilan Makal aktyorluq üçün tarix müəllimliyini buraxıb, O "Yeni Gəlin" serialında Dilan obrazını canlandırıb.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 682 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər