"Öl, nə də olsa, yenidən doğulacaqsan"- Uşaqlara psixoloji təsir edən oyunlar

"Öl, nə də olsa, yenidən doğulacaqsan"- Uşaqlara psixoloji təsir edən oyunlar"Bəzən deyirlər ki, döyüş və müharibə oyunları uşaqlarda aqressiya və şiddətə meyillilik yaradır. Bu elmi iddia deyil".

BiG.AZ xəbər verir ki, bu sözləri psixoloq Fuad Əsədov 24media.az-a açıqlamasında bildirib:

Bildiyimiz kimi azyaşlıların və yeniyetmələrin internetdən həddindən artıq istifadəsi onların psixologiyasına təsir göstərir. Xüsusilə də, gənc yaşlarda oynanılan bəzi kompüter, mobil oyunlar uşaqların içə qapanıq, asosial, intihara meyilli olmalarına gətirib çıxarır. Mütəxəssislər "Mavi Balina" (Blue Whale), "Əks-Hücum" (Counter Strike), "Nəsil" (Lineage) kimi dəhşəti, terroru təbliğ edən oyunlara maraq göstərən uşaqların psixologiyasında gələcəkdə böyük problemlərin yaranacağını, əsəbi gərginliyin daha da artacağını bildiriblər.

Bəs bu oyunlar uşaqların psixologiyasına necə təsir edir?

Sözügedən oyunlar gənc nəsilə təsir edərək onları intihar etməyə təşviq edir. Oyun qurucuları yeniyətmələrin üslub, vərdiş və psixologiyalarına yaxşı bələd olduğundan onları "itmiş nəsil" olduqlarına inandırılar. 130 gəncin ölümünə səbəb olan "Mavi Balina" da belə oyunlardan biridir. Oyun 50 gün boyunca davam edən və davam etdikcə daha qorxunc hala gələn 50 tapşırıqdan ibarətdir. Oyunda biləklərini və ayaqlarını kəsərək zərər vermək, gecə saat 04:20 də qorxu filmlərini izləmək, göndərilən müsiqiləri yüksək tonla dinləmək və s. kimi ağır tapşırıqlar mövcuddur. Tapşırıqları yerinə yetirib bitirməyən oyunçulara isə "Öl, nə də olsa, yenidən doğulacaqsan",- deyə psixoloji təsir edilir. Bu isə gənclərin intihar etməsinə səbəb olur.

Mövzuyla bağlı fikirlərini bölüşən psixoloq Fuad Əsədov döyüş oyunlarının aqressiyaya səbəb olduğunun tədqiqatlarla sübut olunmadığını, əksinə bu tip oyunların rahatladıcı təsiri olduğunu bildirib:

"Çünki bizim beynimizdə noradrenalin adlanan mediator ifraz olunur ki, bu da bəzən bizi həyəcanlı oyunlara yaxud da aqressiv davranışa sövq edir. Bir uşağın bu noradrenalinin təsirini virtual dünyadakı obyektlərə yönləndirməsi daha yaxşıdır ki, real həyatda belə davranışlar sərgiləməsin. Anarxizm, özbaşınalıq və intihar mesajları daşıyan oyunlar daha çox təhlükəlidir. Bu oyunlar uşaqların cəmiyyət içində uyğun olmayan davranışlarına, ailə içində uyğunsuz hərəkət etməsinə, bəzən ailələrindən imtina etmələrinə və ən sonda isə intihar etmələrinə gətirib çıxarır".

Psixoloqun sözlərinə görə, uşaq beyni hələ tam inkişaf etmədiyindən həmişə ilkin istinktlərə meyil edir. Məsələn, biz Şerlok Holmes filminə baxıb detektivin zəkasına heyran qalacayıq, amma uşaq bu filmə baxıb, onun pis adamla döyüşünə köklənəcək.

Bu vəziyyətdə valideyn nə etməlidir?

Bu mövzuyla bağlı psixoloq Zeynəb Eyyubova öz fikirlərini bölüşüb:

" Valideynlər evdə sakitlik yaratmaq üçün uşaqları saatlarla özlərindən uzaqda qoymamalıdırlar. Bundan əlavə, hər bir mobil tətbiqdə tarixçə hissəsi var. Buradan uşaqlarının hansı saytlara daxil olmalarını, hansı oyunları yükləyib-sildiklərini asanlıqla müəyyən edə bilərlər".

Zeynəb Eyyubova valideynləri araşdırmaçı olmağa səsləyib:

"Hazırda kompüter əsridir. Məsələn, internetdə "uşaqlara zərər verən 10 oyun" yazsalar, həmin oyunlar haqqında yüzlərlə məlumat tapa bilərlər. Amma təəssüf ki, valideynlər uşaqlarının oynadıqları oyunlar barədə xəbərsizdirlər, bu da o deməkdir ki, nə qədər valideyn bu gün müasir xəbərlərdən uzaq yaşayır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1246   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 230
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 0
.

Qəzada avtomobil 2 təkər oldu - VİDEO

Türkiyənin Kadıköy şəhərində avtomobil parkinq halında olan maşına dəyərək qəza edib. BİG.AZ xəbər verir ki, qəza zamanı sürücü yüngül xəsarət alıb. Qəza anı təhlükəsizlik kamerasına çəkilib

17.04.2024 379
.

Dubaya güclü yağışlar yağıb

BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb

17.04.2024 420
.

Daha bir sabiq deputat vəfat etdi - FOTO

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib. Bu barədə universitetdən -a bildirilib. Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib

17.04.2024 664
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 924
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 155
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 134
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1190