Ağsunun icra başçısının müavini niyə istefa verib? - Rəsmi AÇIQLAMA

Ağsunun icra başçısının müavini niyə istefa verib? - Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ağsu rayon icra başçısının müavini İqbal Şahbaba oğlu Mikayılovun istefa verməsi ilə bağlı məlumat yayılıb. İddiaya görə, yeni icra başçısı Vahid Tağıyevin sakinlərlə görüşü zamanı insident yaşanıb. Bildirilir ki, sakinlərdən biri probleminin həll olunmadığı üçün İqbal Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib. Nəticədə vəzifəsindən istefa verməli olub.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Ağsu rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rasim Novruzov bildirib ki, yayılan informasiyalar həqiqət deyil: "İqbal Mikayılovun istefa verməsinin sakinlərlə keçirilən görüşlə heç bir əlaqəsi yoxdur. O, şəxsi istəyi ilə istefa verib. Bu da normaldır. İqbal Mikayılovun istefası hələ qəbul olunmayıb. Bununla bağlı heç bir sərəncam yoxdur".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2298 Tarix: 14.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər