Malayziyanın sabiq kralı "Miss Moskva"nı yalançı adlandırdı

Malayziyanın sabiq kralı "Miss Moskva"nı yalançı adlandırdı

Bir müddət öncə "Daily Mail" nəşri Malayziyanın sabiq-kralı V Məhəmmədin öz xanımı, "Miss Moskva" titulunun sahibi Oksana Voyevodinanı 4 aylıq hamilə olduğu halda atıb getdiyini yazıb.

BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, sultanın vəkili Ko Tyen Hua bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

O, sabiq kralın adından müştərisinin şəxsi həyatına qarışmamağı tələb edib.

Vəkil cütlük arasındakı nikahın iyunun 22-də Sinqapurda pozulduğunu təsdiqləyib.

Sultanın yaxınlarının sözlərinə əsasən, 27 yaşlı model hətta kralın belə, öhdəsindən gələ bilməyəcəyi sərt tələblər irəli sürüb.

Vəkillər qeyd edirlər ki, keçmiş ər Voyevodinaya bahalı avtomobil, "Cartier" zinət əşyaları hədiyyə edib, yaşayış xərclərini ödəyir və əlavə pul göndərir.

Lakin model İsveçrə xəstəxanalarından birində qalmaq və ağır keçirdiyi doğuş xərclərini ödəmək üçün nişan üzüyünü 245 min dollara satmaq məcburiyyətində qaldığını iddia edir.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 499 Tarix: 11.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol