İzzət efirdə oğluna ad günü keçirdi - FOTO
Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən "5-də 5" proqramında böyük oğlu Əlinin 10 yaşının tamam olduğunu bildirib.
İfaçı övladının incəsənətə marağının olduğunu söyləyib: "Oğlumun sevdiyi müğənnilər Cin, Ramin Nabran və Əhməd Mustafayevdir. Bu tərzdə ifaları sevir. İstəmirəm ki, oğlanlarım müğənni olsun".
İzzət daha sonra oğlu Mehdidən söhbət açıb: "Mehdi artıq sənətini seçib, cüdo ilə məşğuldur. Artıq gələn ay İrana yarışa gedəcək. 7 yaşı var".
Qeyd edək ki, Bağırov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahından 3 övladı dünyaya gəlib.
BiG.Az


Şou biznes Baxılıb: 1159 Tarix: 10 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş