İran Türkiyədən tələb etdi: Suriyadan qoşunlar çıxarılmalıdır!

İran Türkiyədən tələb etdi: Suriyadan qoşunlar çıxarılmalıdır!

İran Xarici İşlər Nazirliyi türk qoşunlarını Suriyadan çıxarmağı tələb edib.

BiG.AZ-ın RT-yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanat idarənin saytında dərc olunub:

"İranın Xarici İşlər Nazirliyi... təcili olaraq hücumların dayandırmasının və Suriya ərazisindən türk hərbçilərinin çıxarılmasının zəruriliyini vurğulayır".

Tehran Ankaranın hərəkətlərinin Suriyaya ciddi maddi və humanitar ziyan vuracağından ehtiyat edir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində "Sülh bulağı" hərbi əməliyyatının quru döyüş mərhələsinin başlandığını elan edib.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 745 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər