Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMA

Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMAXalqın oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri də mahnıdır. Azərbaycan xalqının həyatı, mübarizəsi, duyğuları, sevinc və kədəri xalq mahnılarında öz əksini tapıb. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı - onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur.

Maraqlıdır, Azərbaycanda nə qədər xalq mahnısı var? Konkret bir rəqəm göstərilirmi?

BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov Modern.az-a bunları söyləyib:

"Azərbaycan xalq mahnılarından ibarət 3 məcmuə hazırda Azərbaycan Milli kitabxanasında saxlanılır. Xalq mahnılarını sistemli şəkildə ilk dəfə 1932-ci ildə SSRİ xalq artisti Bülbül işləməyə başlayıb. O vaxtı metodkabinə deyilən bir kabinə vardı. Bülbül Asəf Zeynallı ilə birlikdə bütün kəndləri gəzib, xalq mahnılarını toplayıblar. Üç böyük dahi bəstəkar Səid Rüstəmov, Tofiq Quliyev və Fikrət Əmirov bu mahnıların hamısını nota köçürüblər.
1958-ci ildə Bülbülün tərtibatında xalq mahnılarının I cildi çapdan çıxıb. Bunun ardıca II cild də çapa verilib. Hər iki cilddə ümumilikdə 230 xalq mahnısının olduğu qeyd oedilib.
Ancaq Bülbül kitabın girişində belə qeyd edib ki, "Ağalar bəy Əlverdibəyov bizə 600-dən artıq xalq mahnısının olduğunu söyləyib. Təəsüf ki, biz o mahnıların hamısını əldə edə bilməmişik".
Bülbül bunları qeyd etdikdən sonra yazıb ki, məhz bu məsələ onda qəti qərar yaratdı ki, gedib bütün bölgələri gəzib xalq mahnılarının dəqiq sayını müəyyənləşdirsin".

Kərim Tahirovun sözlərinə görə Bülbül ilk səfərini Qarabağa, xüsusilə də Şuşa bölgəsinə edib. Daha sonra Gürcüstana, ordan da bütün Azərbaycanı gəzib.

"Səid Rüstəmov özü 1967-ci ildə xalq mahnılarından ibarət bir məcmuə çap etdirib. Məcmuədə Cabbar Qaryağdıoğlunun ifasında 400-dən artıq mahnının qeyd olunduğu bildirilir. Hətta Səid Rüstəmov məcmuədə yazıb ki, mən bütün xalq mahnılarının dəqiq sayını qeyd etmişəm və onları nota köçürmüşəm. Konkret nə qədər xalq mahnısının olması barədə bizdə bir statistik rəqəm yoxdur. Ancaq Ağalar bəy Əliverdibəyovun sözlərindən çıxış edərək deyə bilərəm ki, təxmini də olsa, 600 xalq mahnısı olduğu dəqiqdir", - deyə Kərim Tahirov bildirib".

Azərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMAAzərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMAAzərbaycan xalq mahnılarının sayını bilirdiniz? - AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1144   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880