Son 5 gündə Azərbaycanda qadınlara qarşı baş verən AĞIR CİNAYƏTLƏR
Xəbər verdiyimiz kimi, bir neçə gündür ölkə mətbuatında qadınlara qarşı şiddətin artması böyük rezonans yaradıb.
BiG.AZ son beş gündə Azərbaycanda vəhşicəsinə döyülən və qətlə yetirilən qadınların siyahısını təqdim edir:
• Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.
• Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.
• Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.
• Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.
• Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
• Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.
• Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
• Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.
• Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.
• Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.
• Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.
• Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2123 Tarix: 10 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAğdam Cümə məscidinin bərpadan sonra açılışı olub
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb
25.04.2024 285 Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI
Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub
25.04.2024 284 Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca
25.04.2024 202 "18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil
Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin
25.04.2024 534 Türkiyədə sürüşmə oldu - VİDEO
Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi
25.04.2024 86 Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy
25.04.2024 202 Elmira Süleymanova vəfat etdi
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild
25.04.2024 710 "Nişanlım dünyasını dəyişib" - Video
"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki
25.04.2024 781 Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü
Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib
25.04.2024 132