Azərbaycan Mərkəzi Bankından pul oğurlayan şəxs Rusiyada saxlanıldı

Azərbaycan Mərkəzi Bankından pul oğurlayan şəxs Rusiyada saxlanıldı

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı saxlanılıb.

Sonxeber.Az-ın məlumatına əsasən,43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və bu üsulla Mərkəzi Bankdan 30 milyon rubldan çox pulu mənimsəyib. Bu isə 787 min Azərbaycan manatıdır.

Saxlanılan şəxs dərhal həbs olunub. Regional prokurorluq ekstradisiya yoxlaması keçirib. Nəticədə prokurorluq Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.

Yaxın günlərdə onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilib. Göstərilən ittihamla həmin şəxsin 12 il müddətinə azadlıqdan məhrum olunacağı qeyd edilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 300 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər