Mariya Şarapova karyerasını başa vurur

Mariya Şarapova karyerasını başa vurur

Rusiyalı tennis ustası Mariya Şarapova zədə səbəbindən Avstriyanın Lins şəhərində keçirilən turnirdən imtina edib.

Sonxeber.Az-ın məlumatına görə, Şarapova yaxın vaxtlarda karyerasını başa vuracağını istisna etməyib.

Şarapova Lins şəhərində avtoqraf-sesiya keçirib, sonradan isə turnirdən çıxıb. Mariya bəyan edib ki, çiyin zədəsini müalicə etdirmək və növbəti mövsümə yaxşı hazırlaşmaq istəyir.

Bundan başqa tennis ulduzu yaxın vaxtlarda karyerasını başa vurmaq istədiyini də qeyd edib:

“Gözlərimdə hələ də alov var. Mən gələcəkdə uğur əldə etmək üçün nəyə ehtiyac olduğunu bilirəm. Tennisi sevirəm, amma həyatda başqa məqsədlərim də var”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 249 Tarix: 10.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər