"Maşın" şouda QALMAQALLI OLAY - Kəmalə Piriyeva əlini maşından çəkib? - VİDEO

"Maşın" şouda QALMAQALLI OLAY - Kəmalə Piriyeva əlini maşından çəkib? - VİDEO

"Maşın" şounun dünənki buraxılışı həm də qalmaqallı kadrlarla yadda qalıb.

Efir zamanı aparıcı-aktrisa Kəmalə Piriyeva əlini maşından çəkib. Bu kadrlar efirə gedib. Lakin layihənin rəhbəri və aparıcısı Murad Dadaşov və komandası bu olaya hər hansı reaksiya verməyiblər.

Qızı Aysun 2 gün öncə səs toplamayaraq şounu tərk edən Rəqsanə həmin kadrlarla bağlı etirazını bildirib:

"Mənim üçün cox maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır, nəyə görə oyunun qaydalarına riayət edilmir?

Murad Dadaşov, niyə? Başa düşürük, bu, bir oyundur, amma bu oyuna hamımız baxırıq, iştirak etmişik. Əlini çəkən insan uzaqlaşdırılmalıdır. Necə ki bu günə kimi kim əlin çəkib, onu oyundan kənarlaşdırmısınız. Yəqin ki , sabah, inşəAllah, bu diqqətinizdə olar".



milli.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1381 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər