Ramal onu "Maşın"dan uzaqlaşdırdı

Ramal onu "Maşın"dan uzaqlaşdırdı

"Maşın" realiti-şousunda növbəti səsvermə keçirilib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Ramal İsrafilov olub. O, xalqdan dəstək istədiyini dilə gətirib. Eyni zamanda, oyundakı digər iştirakçılar da hər kəsdən Ramal üçün səs istəyiblər.

Murad Dadaşovun "Hədəfin kimdir?" sualına Ramal "Hədəfim şoumen iştirakçılardan biri olacaq" cavabını verib.

Sonda R. İsrafilov 82,27 faiz səs toplayaraq yarışmada qalıb. O, aktyor Məcid Hüseynovu oyundan kənarlaşdırıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova davam etdirir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 624 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər