Gənc qızın dəhşətli ölümündəki müəmma: telefonu bacısına verib, iki nəfərlə görüşə getdiyini deyib - VİDEO

Gənc qızın dəhşətli ölümündəki müəmma: telefonu bacısına verib, iki nəfərlə görüşə getdiyini deyib - VİDEO

Beyləqanda naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülərək yol kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızının meyiti Məhkəmə Tibbi Ekspertizası tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

APA TV-nin məlumatına görə Aygünün meyiti kənd sakinləri tərəfindən dəfn edilib.

Mərhumun bacısı Gülnar Quliyevanın sözlərinə görə, bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib və çox ləngimədən evdən çıxıb.

Gülnar bildirib ki, Aygün həmin gün evə gələrək ona boyunbağı verib, telefondakı nömrələri silərək bir neçə şəxslə görüşəcəyini bildirib və evi tələsik tərk edib.

Faktla bağlı araşdırma aparılır.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1398 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol