Putin müşavirini işdən çıxardı

Putin müşavirini işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin müşaviri Sergey Qlazyevi işdən çıxarıb.

BiG.AZ xəbər verir ki, bu varədə sərəncam Kremlin rəsmi internet səhifəsində dərc edilib.

Ötən həftə Qlazyev Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makro iqtisadiyyat naziri postuna təsdiqlənib.

Sergey Qlazyev 1990-cı illərin əvvəlində əvvəlcə Xarici İqtisadi Əlaqələr nazirinin müavini, sonradan nazir olub. Bir müddət sonra isə Dövlət Dumasının birinci, üçüncü və dördüncü çağırışı üzrə deputatı seçilib. 2008-ci ildə isə Avrasiya İqtisadi Cəmiyyətinin baş katibi təyin edilib. 2009-2012-ci illər arasında Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı komissiyasının məsul katibi işləyib.

2012-ci ildən Putinin müşaviridir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 449 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər