Yolları təmir etməyən bələdiyyə sədrini maşına bağlayıb sürüdülər-VİDEO

Yolları təmir etməyən bələdiyyə sədrini maşına bağlayıb sürüdülər-VİDEO

Meksikada seçki kampaniyasında xarab yolları düzəldəcəyinə söz verən, amma seçildikdən sonra sözünü tutmayan bələdiyyə sədri xalq tərəfindən cəzalandırılıb. Onu yerli sakinlər yük maşının arxasına bağlayaraq yolda sürüyüblər.

BiG.AZ xəbər verir ki, hadisə Meksikanın cənubundakı Çiapas vilayətinin las Marqaritas şəhərində baş verib. Bələdiyyə sədri Xorxe Luis Eskandon Ernandes yerli fermerlər tərəfindən zorla ofisindən çıxarılıb. Onun əllərini yük maşının arxasına bağlayaraq sürüyüblər. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Polisin müdaxiləsindən sonra bələdiyyə sədrini buraxıblar. Faktla bağlı 11 nəfər saxlanılıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1056 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər