Beyləqanda yol kənarında tapılan 18 yaşlı qızın ölüm səbəbi bəlli oldu

Beyləqanda yol kənarında tapılan 18 yaşlı qızın ölüm səbəbi bəlli oldu

Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib.

Günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib.

Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.

Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var.

Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1900 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər