"CinemaPlus"da nümayiş olunan "Joker" filminə maraq olduqca yüksəkdir - VİDEOREPORTAJ

"CinemaPlus"da nümayiş olunan "Joker" filminə maraq olduqca yüksəkdir - VİDEOREPORTAJOktyabrın 3-dən ölkənin bir nömrəli kinoteatrı olan "CinemaPlus"da çoxdan gözlənilən "Joker" filminin nümayişinə başlanılıb. Film izləyicilərin də böyük marağına səbəb olub. Bilet satışından bu filmə marağın olduqca yüksək olduğu məlumdur. Biletləri sürətlə satılan filmə tamaşaçılar böyük həvəs göstərirlər. "Joker"ə izləyicilərin marağı isə gündən-günə artmaqda davam edir.

"Report"un çəkiliş qrupu məhz bu marağı nəzərə alaraq tamaşaçıların təəssüratlarını öyrənməyə çalışıb.

Böyük bir auditoriyanın izlədiyi filmin tamaşaçıları ekran işinin keyfiyyətli sənət əsəri olduğunu bildiriblər. Tamaşaçılar filmdə rejissor və aktyor işinin mükəmməlliyindən söz açıblar. Onların sözlərinə görə, belə bir ekran əsərinin işıq üzü görməsi tamaşaçı üçün yeni süjet xəttidir.

"CinemaPlus"un inzibatçısı Rasim Baxışov isə "Report" bildirib ki, film təqdimatdan sonra böyük auditoriya toplaya bilib: "Hər seans minlərlə bilet satılır, hətta, ümumiyyətlə, yer tapılmır. Təkcə 1 salonda 270-dən çox bilet satılıb".

Qeyd edək ki, psixoloji triller janrında lentə alınan, Todd Fillipsin ərsəyə gətirdiyi bənzərsiz ekran işində baş rolları Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları ifa edib. Kinoda hadisələr 1980-ci ildə baş verir. Ekran işində çox uğursuz həyat hekayəsi olan bir insandan bəhs edilir. Artur Flekin ciddi zehni problemləri var. O, kortəbii, səbəbsiz gülüşdən əziyyət çəkir. Bundan əlavə, Artur yoxsulluq həddində yaşayır, hər gün yaşamaq üçün mübarizə aparır. Komediyaçı olmağı xəyal edən bir qəhrəman özü kimi, meqalomiyadan əziyyət çəkən anasına qayğı göstərməyə məcbur olur. Təəssüf ki, Flek zənginlərin zənginləşdiyi və kasıbların kasıblaşdığı Gotem şəhərində yaşayır. Artur Gotemin ən varlı sakini Tomas Ueynin nikahdankənar övladı olduğunu biləndə Flekin fikirləri daha da qarışır. Nəticədə Artur bir neçə qəddar cinayətə əl atır, narkotik qəbul etməyi dayandırır və Gotemda iğtişaşlar törədir, bu müddət ərzində Tomas Ueyn də daxil olmaqla, bir neçə varlı ölür. Ümüdlərinin puç olduğunu görən kloun məhv etməklə psixoloji rahatlıq axtarışına çıxır. Ağır və psixoloji triller olmasına rəğmən, filmin ilk kadrlarından sonuna kimi gözlərinizi bir saniyə belə olsun ekrandan çəkə bilməyəcəksiniz. Möhtəşəm əsərdə yer alan aktyorların peşəkar oyunu, göz oxşayan məkanlar və rəngarəng kadrlar filmi daha da baxımlı edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 642   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rus qadınlar danışdı: "Xəşbəxtliyin sirri budur"

Beynəlxalq Qadınlar Günü ərəfəsində Rusiyanın "BIDOU" kosmetika brendi qadınlardan xoşbəxtliyin sirrini öyrənmək qərarına gəlib. xəbər verir ki, şirkət "VKontakte" sosial şəbəkəsində sorğu keçirməyə başlayıb. İştirakçılardan "Qadın xoşbəxtliyi nədədir?" sualına doqquz cava

13.03.2024 1148
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək "X" sosial şəbəkəsində ilk paylaşımını edib. Bu barədə "Neuralink" neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib. "Telepathy" (şirkət

23.03.2024 327
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 320
.

Xoşbəxtliyi yaşıl rəngdə görən 83 yaşlı qadın fenomen oldu - Fotolar

Bütün həyatını yaşıl rəngə boyayan 83 yaşlı Elizabet Svithartın saçından tutmuş paltarına qədər hər şeyi yaşıl rəngdədir. Yaşıl rəngə olan sevgisi onu instaqram fenomeninə çevirib. "Qafqazinfo" xəbər verir ki, "Daily Mail" instaqramda 500 minə yaxın izləyicisi olan "Yaşıl xanım"l

14.03.2024 634
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 273
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 673
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 389