Coğrafiya İnstitutu: "Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir"

Coğrafiya İnstitutu: "Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir"

Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzərin bəzi yerlərində çirklənmə göztəricisi normadan 10-20 dəfə artıqdır.

R.Məmmədov əlavə edib ki, dənizdə nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaranıb:

"Dəniz səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib, evlər, torpaqlar suyun altında qalıb, ölkənin sahil zonasında "ekoloji qaçqınlar" yaranıb, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard dollar olub".

Akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranıb: "Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 316 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər