Nura 2 ildir ət yemir

Nura 2 ildir ət yemir

Müğənni Nura Suri illər sonra ilk dəfə AzTV-də qonaq olub.

BiG.AZ xəbər verir ki, sənətçi "Gün başladı" verilişinə qatılıb. Nura formada qalmasından söz açıb. O bildirib ki, iki ildir ət yemir:

"İdmanla məşğul oluram. Vaxtım olmayanda, dəniz kənarında çıxıb gəzirəm. Heyvanları çox sevirəm, ona görə də iki ildir ət yemirəm. Uşaqlıqda məndə belə hal olmuşdu, qorxurdum heyvan əti yeməkdən. İndi yenidən qayıtmışam həmin halıma.

İndi orqanizmim və qəbul etdiyim qida sağlamdır. Kənd məhsulları istifadə edirəm. Ancaq nehrə yağı alıram. Pəhriz saxlamıram, amma yeyib-içməyimə fikir verirəm".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 993 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər