"Dinləyiciləri Səbinə xanımın ifasına həsrət qalıb" - Tacir Şahmalıoğlu - 1996-CI İLİN VIDEOSU

"Dinləyiciləri Səbinə xanımın ifasına həsrət qalıb" - Tacir Şahmalıoğlu - 1996-CI İLİN VIDEOSUTacir Şahmalıoğlunun 80-90-cı illərin populyar müğənnisi, əməkdar artist Səbinə İlyasova ilə arxiv videosu yayılıb.

Musiqisi Tahir Əkbərə, sözləri Zemfira Əlişqızına məxsus olan "Qıyma ana vətənə" mahnısına lentə alınmış videoda tanınmış müğənnilər duet ortağı olublar.

Tacir Şahmalıoğlu bildirib ki, mahnı 1996-1997-ci illərdə lentə alınıb.

"O vaxtlar "Vahid Bank" deyilən bir qurum vardı, bu musiqi ansamblı onun nəzdində yaradılmışdı. Sonra o bank dağıldı, elə o işimiz yarımçıq qaldı, ansambl da fəaliyyət göstərmədi. Sonradan Səbinə xanımla çox təəssüf ki, işbirliyimiz olmadı. Ancaq 4-5 il bundan əvvələ kimi biz toylarda, el şənliklərində görüşürdük".

Daha sonra müğənni Səbinə İlyasovanın efirlərdə görünməməsindən də danışıb:

"Çox təəssüf edirəm ki, Səbinə xanımı efirlərdə görmürük, sənətdən uzaqlaşıb. O, çox gözəl insan və məlahətli səsə malik ifaçıdır. Heyfslənirəm ki, dinləyiciləri onun ifasına həsrət qalıb". (ölkə.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1418   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş