Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu

Şvartsenegger Rusiyada universitetin fəxri professoru oldu

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartsenegger Rusiyanın "Sinerqiya" universitetinin fəxri professoru adına layiq görülüb.

BiG.AZ xəbər verir ki, bu barədə "Moskva 24" saytı ali təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

"Şvartsenegger bir çox insanlar üçün müəllimdir - kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə", - rektor Artyom Vasilyev deyib.

Qeyd edək ki, A. Şvartsenegger Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 297 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər