"Miss Moskva" uşağını itirməmək üçün nişan üzüyünü satdı

"Miss Moskva" uşağını itirməmək üçün nişan üzüyünü satdı

"Miss Moskva" titulunun sahibi Oksana Voyevodina hamiləliyinin dördüncü ayında tibbi xərcləri ödəmək üçün 16 milyon rublluq nişan üzüyünü üç qat ucuz qiymətə satmaq məcburiyyətində qalıb.

BiG.AZ-ın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, o bunu uşağını itirməmək üçün etdiyini bildirib.

Voyevodina və Malayziyanın keçmiş kralı V Məhəmmədin nikahı parlaq, lakin qısamüddətli olub. 2018-ci ilin noyabrında ailə quran cütlük 2019-cu ilin yanvarında, qadın 4 aylıq hamilə olduğu zaman, artıq ayrılmaq qərarına gəlib.

Möhtəşəm nişan üzüyü zərgər Ceykob Arabo tərəfindən hazırlanıb və 203 min funta (16 milyon rubla) başa gəlib.

Daha öncə verilən xəbərə görə, Voyevodina Malayziyanın sabiq kralına ağla sığmayan tələblər irəli sürüb.

Belə ki, 27 yaşlı qadın ondan Londonda 640 milyon rublluq ev, Moskvada 96 milyonluq mənzil və oğlu Leonu saxlamaq üçün aylıq 1,9 milyon istəyib.

V Məhəmməd isə bu tələblərin onun bütün nəslini müflis edə biləcəyini deyib.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 645 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər