Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir - ŞƏRH

Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir - ŞƏRHAzərbaycan Prezidenti İlham Əliyev islahatları davam etdirir. Heç şübhəsiz bu prosesin aparılması üçün başlıca şərt kadr islahalartıdır. Dövlət başçısı bu istiqamətdə də növbəti mühüm addımlar atmaqdadır. Bu da növbəti kadr islahatı: 72 yaşlı Novruz Məmmədovun yerinə 62 yaşlı iqtisadçı Əli Əsədov təyin edildi.

Prezident İlham Əliyev bununla ölkədə biznes mühitini yaxşılaşdırılması üçün əhəmiyyətli addım atıb. Dövlət başçısı inauqrasiya mərasimində vurğulamışdı ki, qarşıdan gələn illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. Prezident vurğulamışdı ki, bu sahədə tam şəffalığa nail olmalı, bütün mənfi hallara son qoyulmalıdır.

Deməli, belə məlum olur ki, hökumətin keçmiş başçısı Novruz Məmmədov cənab Prezident tərəfindən təyin olunan hədəflərin öhdəsindən gələ bilməyib. O, iqtisadi islahatlara, ümumi daxili məhsulun artım templərinin yüksəldilməsi, hökumətin işinin effektivliyinin artırılmasına nail olmayıb.

Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir - ŞƏRHDüzdür, Prezidentin komandasında 16 ildir fəaliyyət göstərmiş keçmiş Baş Nazirin loyallığına şübhə yoxdur. Bu müddət ərzində Heydər Əliyev, daha sonra isə İlham Əliyevlə işləmiş Novruz Məmmədov ölkəsinə borcunu sədaqətlə yerinə yetirib.

Ancaq bu, istənilən vətəndaşın və dövlət rəsmisinin borcudur. Öz dövlətinə sədaqətli olmaqla iş bitmir. Məsələ qarşıya qoyulan məqsədləri həyata keçirə bilməməkdədir, bunun üçün yalnız loyallıq yetərli deyil.

Odur ki, keçmişdəki nailiyyətlərə ümid etmədən, hazırkı durumda nəticə göstərmək, hər zaman effektiv iş sərgiləmək vacib sayılır. Bu işdə əsas hədəf cari məsələlərə və mövcud vəziyyətə, real zamanın tələblərinə adekvat olmaqdır. Baş Nazir daha çevik fəaliyyət göstərməklə islahatların gedişinə böyük təkan verə bilərdi.
Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir - ŞƏRHHeç şübhəsiz Nazirlər Kabineti başçısının dəyişməsi həm də bütün dövlət məmurlarına verilən siqnaldır. Bu, illərdir dövlət postu tutanlara da şamil olunur. Dövrün və günün tələbinə cavab verə bilməyən(lər)in tutduğu vəzifədən getməsi labüddür.

Azərbaycanın keçmiş baş naziri Artur Rasi-zadə 2003-cü ilin noyabrında bu vəzifəyə təyin ediləndə 68 yaşı var idi. O, bu postda 2018-ci ilin aprelinədək 15 il işləyib. Başqa sözlə, 83 yaşındək Artur Rasi-zadə Baş Nazir olub. Müasir dünyada hökumət kimi çevik bir quruma bu yaşda başçılıq etmək Azərbaycana səmərli olmadı. Yəni, həmin dövrdə Nazirlər Kabineti iqtisadi islahatlar üçün səmərəli proqram hazırlamadı.

Novruz Məmmədov da 2018-ci ilin aprelində bu vəzifəyə təyin ediləndə 71 yaşı var idi. "Məsələ yaşda deyil", deyənlərin də sözündə həqiqət böyükdür. Ancaq onların işinin öhdəsindən gələ bilməməsində bu yaşın da rolu az deyil, bəlkə əsasdır.

Dünya siyasətində aparıcı rolu indi gənclər və orta yaşlın nümayəndələri tutmağa başlayıb. Azərbaycanın da daha mükəmməl təhsil almış təcrübəli gəncliyi var. Onlar dövlətin inkişaf etməsi üçün qarşısında duran məsələləri bilirlər. Son zamanlar təyin edilən gənc nazirlər Təhsil naziri Ceyhun Bayramov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Vergilər naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev bu etimadı doğrultmaqdadır. Onların fəaliyyəti və qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlməsi də bunu təsdiqləyir.

Baş Nazirin istefaya göndərilmə səbəbi - Prezident islahatları davam etdirir - ŞƏRHModern, yeni düşüncəli, təcrübəli, Azərbaycana sədaqətli xidmət edəcək gənclərin yüksək postlara gətirilməsi bütövlükdə idarəetmənin səmərəliliyinin artırılması, iqtisadiyyatın böyüməsi deməkdir. Hesab etmək olar ki, islahatların genişlənməsi və effektivliyinin artırılması məqsədi ilə kadr islahatları davam edəcək. Çünki islahlatların uğurlu nəticə verməsi üçün kadrlar həlledicidir.

Bu baxımdan Prezident İlham Əliyevin apardığı islahatların əsasında həm də kadr dəyişikliyi durur. Bu sahədə gənclərə üstünlük verilməsi dövlətçilik ənənələrinin inkişafı və yeni nəsilə ötürülməsi baxımdan da əhəmiyyətlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2054   Tarix: 08 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 285
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 395
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 781
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 467
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 470
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 132