Bu ərazilərə qaz veriləcək

Bu ərazilərə qaz veriləcək

Yaxın vaxtlarda açılışı gözlənilən qazlaşdırılmış yaşayış məntəqələrinin və massivlərinin adları məlum olub.

"Azəriqaz" İstehsalat Birliyindən BiG.AZ-a verilən məlumata görə, hazırda tikinti-quraşdırma işləri tamamlanmış 3 şəhər və 6 rayon üzrə 8 kənd və 6 yeni yaşayış massivində qaz çəkilişləri tam başa çatıb.

Gəncə şəhəri S.Qazıyeva küçəsində, Məhsəti qəsəbəsindəki yeni yaşayış massivlərində, Lənkəran şəhərində yeni massivdə, Cəlilabad şəhəri Səttərxan küçəsindəki yeni yaşayış massivində, Ağdaş rayonu Yuxarı Ləki kəndində yeni yaşayış massivində, Göyçay rayonunun Mollahacılı kəndində, Şamaxı rayonunda yeni yaşayış massivində, İsmayıllı rayonunun Zeyvə, Soltankənd, Qalgah və Uştal kəndlərində, Quba rayonunun Atuc və Xırt kəndlərində, eləcə də Lerik rayonunun Peştətük kəndində yaxın vaxtlarda qaz açılışları baş tutacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 342 Tarix: 08.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər