Azərbaycandan olan ailə qızının adını "Rossiya" qoydu

Azərbaycandan olan ailə qızının adını "Rossiya" qoydu

Rusiyanın Orexovo-Zuyevo şəhərinin sakinləri Oleq və İnna Solnışkinlər yeni doğulan qızlarının adını "Rossiya" ("Rusiya") qoyublar

BiG.AZ-ın argumenti.ru-ya istinadən verdiyi xəbərə görə, körpənin atası bu addımın səbəbini "Podmoskovye segodnya"-ya belə izah edib:

"Qızımızın adını bu cür qoymağımızın səbəbini yalnız Rusiya vətəndaşlığını almağa çalışanlar anlayar... O qədər mərhələ var ki! Bu, çox uzun prosesdir. Mən 2016-cı ildə vətəndaşlıq almışam, yoldaşım isə hələ prosesin içindədir".

Qeyd edək ki, Solnışkinlər ailəsi Azərbaycandan Rusiyaya qazanc dalıyca gedib.

Oleqin sözlərinə görə, Rusiya onlara doğma ölkələrindən çox şey verib: iş, mənzili, sosial dəstək və s. O, qızının adında qeyri-adi heç nə görmədiyini bildirib. Valideynlər uşağı qısaca "Rusya" çağırırlar.

"Burda nə var ki? Mən sadəcə olaraq Rusiyanı sevirəm və öz sevgimi bu yolla ifadə edirəm. Mən dünyanın bir çox ölkələrini gəzmişəm, lakin həmişə evə can atmışam. Rusiyadan gözəl ölkə yoxdur", - deyə Oleq əlavə edib.

Oleqin təəssüfləndiyi yalnız odur ki, bu adı öz övladına qoyan yeganə ailə onlar deyil.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 508 Tarix: 08.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər