Orxandan Rövşanənin "İlhamə cavan oğlana vurulmuşdu" - İDDİASINA CAVAB
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov teleaparıcı Rövşanə Ağasəfqızına cavab verib.
BiG.AZ xəbər verir ki, Nadirov "Ölkə.Az"-a açıqlamasında Ağasəfqızının "İlhamı cavan oğlan sevirdi, ona vurulmuşdu" açıqlamasına etiraz edib:
"Ən azından ölünün dalınca danışmazlar. Rövşanə İlhamə xanımın sağlığında bu fikri deyə bilərdimi? Əgər bilirdisə, sağlığında danışardı da".
Qeyd edək ki, R.Ağasəfqızı "Səhər-səhər" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı bunları deyib:
"Allah İlhamə Quliyevaya rəhmət eləsin, "Yaşın nə fərqi var ki" sözünün möhürünü vurdu. Özü də sevirdi, cavan oğlana vurulmuşdu" sözlərini söyləyib".
BiG.Az


Şou biznes Baxılıb: 2717 Tarix: 08 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş