Qaxda partlayış baş verən əraziyə ANAMA çağırıldı

Qaxda partlayış baş verən əraziyə ANAMA çağırıldı

Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb.

Əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib.

Məlumata görə, hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) dəvət olunub. Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonu ərazisində qəfil partayış baş verib.

Hadisə nəticəsində ərazidə olan 6 nəfər xəsarət alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (trend)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 339 Tarix: 08.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər