Leş Tofiq hadisəsi: geniş araşdırma aparılır - RƏSMİ

Leş Tofiq hadisəsi: geniş araşdırma aparılır - RƏSMİ

Leş Tofiqin həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri qalxıb

Bir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə "Leş Tofiq" ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Bu xəbərlərin ardınca sosial şəbəkələrdə Leş Tofiqin satdığı ətlərin Bakıdakı müxtəlif kafe və restoranlarda istifadə edildiyi barədə iddialar paylaşıldı. İddialara görə, Leş Tofiqin həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri qalxıb.

Leş Tofiqin həbsinə qədər ətləri hansı ərazilərə payladığı, o ətlərdən hansı restoran və kafelərdə istifadə edildiyi və həmin restoran və kafelərin hazırda fəaliyyət göstərib-göstərməməsi ilə bağlı suallarla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə göndərilən sorğuya cavab olaraq Report-a bildirilib ki, məlum hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırmalar həyata keçirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 561 Tarix: 08.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər