Azərbaycanlı qrossmeysterlərin oxuduğu məktəb və universitetlər - Teymurun əsl ixtisası

Azərbaycanlı qrossmeysterlərin oxuduğu məktəb və universitetlər - Teymurun əsl ixtisasıAzərbaycan zəngin şahmat ənənələrinə malik ölkədir. Ölkəmizdə bu intellektual idman növü geniş yayılıb.

Gənc beynəlxalq usta Teymur Rəcəbovun bir neçə gün öncə Dünya Kubokuna sahiblənməsi Azərbaycanın şahmat potensialının nə dərəcədə böyük olduğunu sübut etdi

Maraqlıdır, bəs öz adını qızıl hərflərlə yazan ölkənin qrossmeystləri hansı orta məktəbin nümayəndələridir?

BiG.AZ azedu.az-a istinadən qrossmeysterlərimizin orta məktəb və universitet təhsilləri haqqında məlumatları təqdim edir:

Sosial şəbəkələrdə yazdığı bir neçə statusla iki gündür ki, gündəmdə olan, dünyanın ən güclü şahmatçılarından biri sayılan qrossmeyster Şəhriyar Məmmədyarov 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıtda 23 nömrəli orta məktəbi bitirib. Onun sinif yoldaşları ilə hər zaman yaxşı münasibəti olub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə insandı.

Şəhriyar Məmmədyarov 2017-ci ilin mayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçən 13-cü şahmatçı olub. O, bu uğura imza atan ilk müsəlman idmançı kimi də tarixə düşüb.

Teymur Rəcəbov 1987-ci ildə Bakı şəhərində anadan olub. Qroyssmeyster Bakıdakı 160 saylı orta məktəbi və BDU-nun hüquq fakultəsini bitirib. Gənclər arasında keçirilən Dünya və Avropa çempionatlarının 7 qat qalibidir . 12 yaşında ikən Avropa üzrə 18 yaşlılar arasında çempionatın qalibi olub.

Teymur Rəcəbov 11 yaşından - benəlxalq usta, 13 yaşından beynəlxalq qrossmeysterdir. O, həmin dövrdə şahmat tarixində ən gənc qrossmeyster olub.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini olan Aynur Sofiyeva 1974-cü ildən etibarən idmanın şahmat növü ilə məşğul olur. O, 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında olan zaman qadınlar arasında Azərbaycan çempionu olub, 16 yaşında isə qızlar arasında SSRİ çempionu adını qazanıb. Aynur Sofiyeva 20 yaşında tələbələr arasında dünya çempionu , həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısıdır.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.

Qax şəhərində anadan olan Aynur Sofiyeva 1977-ci ildə oradakı 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib.

Nərgiz Umudova 1989-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Azərbaycanlı qrossmeyster Nərgiz Umudova orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə alıb. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil alıb. Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.

Gülnar Məmmədova dəfələrlə Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvüdür. Qrossmeyster 1991-ci ildə Şirvan şəhərində anadan olub. Orta təhsilni 1997-ci ildə Şirvan şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2008-ci ildə isə Şirvan şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.

Günay Məmmədzadə qadınlar arasında beynəlxalq qrossmeysterdir. O, 2016-cı ildən etibarən qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada , dünya və Avropa çempionatlarının iştirakçısı olub. 2014-cü ildə FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşda bu ada layiq görülən ilk şahmatçıdır.2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülüb. 5yaşında 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə getməyə başlayıb və o Bakı şəhərində yerləşən 6 nömrəli "İntellekt" məktəb-liseyinin şagirdi olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1336   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898