Barmaqların masajı möcüzələr yaradır - Qədim yapon təbabətinin sirləri

Barmaqların masajı möcüzələr yaradır - Qədim yapon təbabətinin sirləri
Barmaqlarımız sinir ucları ilə çox zəngindir. Barmaqlara təsir etməklə orqanizmin bir çox orqan və sistemlərinə təsir etmək mümkündür. Bunu hələ qədim zamanlarda Şərq təbibləri bilirdi və uğurla istifadə edirdi.

Yaponiyanın Tsutsumi məktəbinin təbiblərinin fikrinə görə, baş barmaq tənəffüs sistemi ilə bağlıdır. Bu barmağı allegiya xəstəlikləri, angina, zökəm, bronxial astma zamanı masaj etmək lazımdır.

İşarət barmağının masajı mədə-bağırsaq sistemi xəstəlikləri zamanı faydalıdır. Belə massaj qəbizlik zamanı və həmçinin diş ağrısı və qollarda ağrılar zamanı yardım edir.

Orta barmağının masajı aşağı təzyiqi qaldırmağa kömək edir.
Adsız barmağı oynaqlarda ağrılar, yüksək təzyiq, damarlarda spazmlar zamanı masaj etmək lazımdır.

Çeçələ barmağının masajı ürək nahiyəsində ağrılar, ürək döyünməsinin artması, aritmiya zamanı kömək edir.

Barmaqlar baş və işarət barmaqları ilə masaj edilir. (ölkə.az)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 671 Tarix: 06.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər