"Onu tanıyana qədər evlilik barədə düşünmürdüm" - Tarix yazan Teymurun həyatı...

"Onu tanıyana qədər evlilik barədə düşünmürdüm" - Tarix yazan Teymurun həyatı...Dünən çinli həmkarı Dinq Lirenə qalib gələrək şahmat üzrə dünya çempionu adını qazanan Teymur Rəcəbovun bioqrafiyası yenidən maraq cəlb edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü T.Rəcəbov ən gənc beynəlxalq dərəcəli qrossmeyster adını 14 yaşında alıb. Bu nailiyyətlərindən sonra Teymur mərhum prezident Heydər Əliyevlə də görüşüb.

Atası neft mühəndisi, anası isə ingilis dili müəllimi olan Teymur müsahibələrinin birində bildirib ki, 3 yaşından şahmat öyrənib və ilk məşqçisi elə atası Boris olub:

"3-5 yaşımdan şahmat oynayıram. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir".

Bundan sonrakı uğurları sırasında dünya çemionunu məğlub etmək də var. Teymur 16 yaşında ikən dünya çempionu və dahi Kasparovu qara fiqurlarla oynayaraq udub. Bu iki dahinin oyunu həmin il "Ən yaxşı oyun" mükafatı alıb. Teymur bu oyundakı qalibiyyəti ilə dünya birincisini udan ən gənc şahmatçı titulunu özünə götürüb.

Bir il sonra isə Kasparovun tituluna bir addım da yaxınlaşan Rəcəbov şahmat üzrə dünya çempionatının yarımfinalçısı olub. 22 yaşından başlayaraq 3 dəfə Avropa çempionu olub. Həmçinin, bir il ərzində 3 FİDE dünya çempionunu məğlub edən yeganə şahmatçıdır.

T.Rəcəbov Kasparovu, Anandı, Ponomaryovu, Topalovu da dünənki oyunda olduğu kimi qara fiqurlarla oynaraq məğlub edib. Teymur dünya sıralamasında 2767 xalla 9-cu yerdədir.

İlk azərbaycanlı dünya çempionu sosial şəbəkələrdə də paylaşımları ilə diqqət çəkir. Onun beynəlxalq siyasət və texnoloji yeniliklərlə yaxından maraqlandığı bildirilir, həmçinin paylaşımlarında ABŞ prezidenti Donal Trampa simpatiyası da hiss olunur.

Rəcəbov ailə həyatı ilə də tez-tez gündəmə gəlir. O, 2011-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Toyda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. 2013-cü ildə isə cütlüyün qızı olub.

24 yaşında ailə quran Teymur Rəcəbov niyə tez evləndiyini belə açıqlayıb:

"Çoxları soruşur ki, 24 yaşında evlənmək karyerama mane olmadı ki? Karyeram mənim üçün önəmlidir. Amma sənin yarın olacaq birini tapıb, onu həyatına daxil etmək istəyəndə yaş haqqında düşünmürsən".

Xanımı Elnarə Rəcəbova bir neçə il əvvəl müsahibəsində həyat yoldaşı ilə necə tanış olmalarından da bəhs edib:

"Teymurla bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdır. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi. Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.

O, çox təmkinli bir insandır. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidir. İdmanda o, çox sərtdir. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdir və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildir, xeyirxahdır və qayğıkeş atadır. Onunla yaşamaq mənə çox rahatdır. Buna görə də biz bir yerdəyik".

"Onu tanıyana qədər evlilik barədə düşünmürdüm" - Tarix yazan Teymurun həyatı..."Onu tanıyana qədər evlilik barədə düşünmürdüm" - Tarix yazan Teymurun həyatı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2419   Tarix: 05 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954