Şəhriyardan Teymura təbrik

Şəhriyardan Teymura təbrik

Şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku turnirinin qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.

O, "Feysbuk" səhifəsində Teymura qələbəsinə görə təşəkkür edib: "Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi 6 rəsmi nəticə qalıb:

1.kişilər arasında dünya çempionu; 2.iddiaçılar turnirinin qalibi; 3.blitz üzrə dünya çempionu 4.komanda üzrə dünya çempionatı; 5. Şahmat olimpiadası; 6. Şəxsi Avropa çempionu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.

Dünya kubokunu bu siyahıdan çıxartdığı üçün Timaya təşəkkürlər! Növbəti 1 il ərzində bu turnirlərdən 5-nin olacağına inanıram. Təbriklər!".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 232 Tarix: 05.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər