Fuad Musayev: Elə təəsürat yaranıb ki, Füzüli mənim əlimlə eks-həyat yoldaşından qisas alır

Fuad Musayev: Elə təəsürat yaranıb ki, Füzüli mənim əlimlə eks-həyat yoldaşından qisas alırÖtən gecə "Maşın" realiti-şousunda lazımi qədər səs toplamayıb oyundan kənarlaşan müğənni Fuad Musayevin həmkarı Ayan Babakişiyeva ilə aralarında yaşanan qalmaqal müzakirələrə səbəb olub.

"Maskarad"da Fuadın Ayanı ittiham etməsi Babakişiyevanı kədərləndirib.

Ayanın "Fuadı çox yaxşı tanıyıram", - deməsi isə tamaşaçıları təəccübləndirib.

Fuad Musayevin Ayanın keçmiş əri Füzuli Musayevin qardaşı oğlu olmasından xəbər tutan izləyicilər onun bu yolla Babakişiyevadan intiqam aldığını iddia ediblər.

Nəticədə isə şounun tamaşaçıları Fuadın getməsinə səs verərək, Ayanın verlişdə qalmasını təmin ediblər.

Bütün bunlarla bağlı Oxu.Az-ın əməkdaşı müğənni Fuad Musayevlə əlaqə yaradıb.

O, açıqlamasında Ayanla heç bir probleminin olmadığını iddia edərək qalmaqallı olaya bu cür reaksiya verib:

"Ötən gecə həm biz, həm də tamaşaçılar qızğın və mübarizə dolu bir oyun izlədilər. Maşında hələ bu cür intriqalı oyun olmamışdı. Ayan Babakişiyeva şouda yaranmış qruplaşmalardan birinə başçılıq edir. Təbii ki, mən də başqa bir qruplaşmanın üzvləri arasında idim. Öz aramızda danışıb, qərarlaşdırmışdıq ki, Aşıq Namiq Kərim Abbasovu çıxartmalıdır. Elə də oldu. Çünki Kərim də Ayanın qrupunda idi. Ötən gecə isə qrupun rəhbəri Ayanı oyundan kənarlaşdırmağı qərara aldıq. Düşündük ki, qrupun başçısını vursaq, get-gedə qrup dağılacaq".

Ayanla qohumluq əlaqələrinin olduğunu təsdiqləyən Fuad, oyunda qruplaşmalar arasında söz aparıb-gətirən şəxsi "iş verən, agent" adlandıraraq, gizli qalan məqamları açıqlayıb.

"Ayanla bizim qohumluq əlaqələrinin olmasını doğrudur. Amma mən şəxsi məsələri oyuna əsla qatmadım və qatmaram da. Oyunda gözlənilmədən elə hadisələr yarandı ki, hamı düşündü ki, mən Ayandan acıq çıxıb, qisas alıram. Bu, əsla belə deyil. Sadəcə bizim ağılsızlığımız onda oldu ki, qrupumuza yoxlamadan bir nəfəri əlavə edib, onun yanında Ayanı çıxaracağımızı söylədik. Həm bizə, həm də Ayanın qrupuna işləyərək, söz aparıb-gətirdi. Onlar da günortadan bəri bilirdilər ki, hədəf Ayandır. Əfsuslar olsun ki, "işverənin" adını hələ çəkə bilmərəm. Çünki maraqsız olar. Ancaq cinsinin kişi olduğunu əminliklə deyə bilərəm".

Sənətçi redaksiyamızın əməkdaşı ilə söhbətində Ayan Babakişiyeva ilə qohumluq əlaqələrini qabartmasında prodüser Tolikin rolunun olduğunu bildirirək, "Füzüli mənim əlimlə eks həyat yoldaşı Ayandan qisas alır" iddiasına da cavab verib:

"Mənim Ayanla qohum olduğumu ortaya ötən gecə prodüser Tolik atıb. O, "İnstagram"da paylaşım edərək bütün müğənnilərdən mənim oyundan getməyimə səs istəyib. İzləyicilərdə isə elə təəssürat yaranıb ki, Füzüli mənim əlimlə eks həyat yoldaşı Ayandan qisas alır. Övladlarımın canına and içirəm ki, bu, belə deyil. Sadəcə bir oyun idi".

Fuad müsahibəsində keçən həftə başına gələn oğurluq məsələsini də yada salaraq, evini qarət edən qonşu qızı bağışladığını, lakin ona dəymiş 18 min manatın hələ də geri qaytarılmamasını bildirdi:

"Qızın anası ağlayaraq mənə zəng vurub, üzrxahlıq etdi. Kiminsə sözünə qulaq asıb, özünü bəlaya saldı. O qızın balaca uşağı var. Anası gözü yaşlı qalıb. Mənim ürəyim bunlara dözmür. Ona görə də onu bağışlamağa qərar verdim. Ümid edirəm ki, bütün bunlardan sonra o qız bir də bu cür əməlləri törətməz və düz yola istiqamətlənər. O ki qaldı mənə dəymiş 18 min manatlıq ziyana, evimə girənlər kasıblardır. Pula ehtiyacı olduğundan yəqin ki, o pulu artıq xərcləyiblər. Amma bu barədə heç bir xəbərim yoxdur. Bildiriblər ki, 18 min manat hissə-hissə mənə qaytarılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1266   Tarix: 05 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

11:29 340
.

"Niyə bir-birimizi qırırıq?"

Müğənni Xatirə islamın Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbərinə reaksiyası diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni paylaşımlardan birinə şərh yazaraq sənət adamlarına səslənib. "Vay, gözəl insan idi. Allah rəhmət eləsin. Ona görə də qırırıq bir-birimizi? Nəyi bölə bilmirik biz?"

20.04.2024 796
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1220
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 842
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 973
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

15:32 807
.

"Səbri daşıran bir damla olur, instaqramda bir-birimizi izləmirik..." - Ülviyyə

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmalar

20.04.2024 771
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 744
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1371