DİQQƏT! Tez hazırlanan əriştədə zəhərli maddələr aşkarlandı

DİQQƏT! Tez hazırlanan əriştədə zəhərli maddələr aşkarlandı

Rusiyada tez hazırlanan əriştənin tərkibində zəhərli maddələr, pestisidlər, həmçinin yüksək miqdarda duz aşkarlanıb.

BiG.AZ-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın rəsmi keyfiyyət kontrolu qurumu olan "Roskaçestvo" 17 ən məşhur markanın tərkibini araşdırıb.

Onlardan 14-ü Vladimirsk, Moskva, Novosibirsk və Tula vilalətlərində, ikisi Qazaxıstanda, biri Koreyada istehsal olunur.

Təşkilatdan bildirilir ki, heç bir ticarət markası Rusiyanın keyfiyyət nişanına uyğun deyil.

Ekspertlərin fikrincə, pestisidlər və bitkilərin artma tənzimləyiciləri əriştəyə un vasitəsilə düşmüş ola bilər.

Bundan başqa, səkkiz məhsulda "oxratoksin A", beşində isə "zearalenon" mikotoksinin izləri tapılıb.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 475 Tarix: 03.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər