Burun tutulmasının səbəbləri

Burun tutulmasının səbəbləriBurun tutulması ciddi sağlamlıq problemlərinə yol açaraq həyatın keyfiyyətinə pis təsir edir. Baş ağrısının, səhər yuxudan yorğun oyanmağın səbəbi də burun tutulması ola bilər. Bunu qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis Elnur Əkbərov deyib.

BiG.AZ e-tibb.az-a istinadən mütəxəssisin burun tutulmasının səbəbləri barədə məqaləsini təqdim edir:

Gün boyu burundan keçən hava miqdarı təxminən 10 min litrdir. Uşaq və ya böyüklər zaman-zaman burun tutulması problemi yaşaya bilər. Çox zaman burun tutulması ciddiyə alınmır və qaydasında müalicə aparılmır. Halbuki burun tutulması yuxusuzluq və yorğunluğa səbəb ola, uzun zamanda isə ürək xəstəlikləri kimi ciddi problemə yol aça bilər.

Burun tutulması - bəzən təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Burun tutulması həyatımız boyu sağlamlıqla əlaqədar ən çox rast gəlinən şikayətdən biridir. Yaşımızdan, cinsimizdən, sosial vəziyyətimizdən asılı olmayaraq hər birimiz üst tənəffüs yolları infeksiyaları, rinit kimi xəstəliklərə yoluxuruq. Nəticədə, burun tənəffüsünün pozulması problemi meydana gəlir. Amma bu narahatçılıq daha fərqli, bəzən həyat üçün təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Allergik reaksiyalar

Burun boşluğu, üst tənəffüs yollarının ayrılmaz parçasıdır və selikli qişa kimi adlandırdığımız bir səthlə örtülüb. Üst tənəffüs yolları infeksiyaları zamanı bəhs edilən qişa qalınlaşır və nəticədə burun keçəcəkləri daralaraq hava axınına maneə törədir. Bənzər hadisə allergik reaksiyalar, yəni allergik rinit, övrə, astma zamanı da müşahidə olunur.

Burun tənəffüsünün pozulmasına səbəb olacaq digər xəstəlik - burun arakəsməsi əyriliyidir. Burun arakəsməsi, ümumi burun boşluğunu iki hissəyə, sağ və sola ayıran, öndə qığırdaq, arxada isə sümükdən ibarət bir divardır. Bu orqanın əyriliyi yetişkənlik dövründə xarici burun inkişaf qüsurları zamanı və travma sonrası müşahidə oluna bilər. Burun tənəffüsü mülayim və ya mühüm dərəcədə pozulduğu hallarda burun arakəsməsi əyriliyinin cərrahi yolla düzəldilməsinə göstəriş yaranır. Bu cərrahi prosedura - septoplastika deyilir. Septoplastika nəticəsində normal burun tənəffüsü bərpa olunur və xarici burun şəkili dəyişdirilmir.

Poliplər

Növbəti ən çox rast gəlinən patologiya - poliplərdir. Burun boşluğunda poliplər əsasən iki variantda olur: antroxoanal polip və xroniki polipoid sinusit. Antroxoanal polip yalnız cərrahi yolla, yəni endoskopik sinus cərrahiyyəsi, ESC vasitəsi ilə sağaldılması mümkün olan xəstəlikdir. Xroniki polipoid sinusit zamanı burun tənəffüsü mühüm dərəcə pozulmadığı hala qədər müalicə yalnız medikamentozdur. Bu, xroniki patologiya olduğu üçün müalicə adətən mövsümi xarakter daşıyır.

Burun boşluğu və burunətrafı ciblərin yenitörəmələri kəllə əsasında böyük ölçülü qüsurlar, qonşu qan damarları və sinirləri tutmadığı halda endoskopik yolla xaric edilməsi mümkün olan xəstəliklərdir. Ümumiyyətlə, endoskopik yöntəmlərin LOR orqanlarda tətbiqi bu sahədə böyük, daha az invaziv eraya əsas qoyub və uğurla inkişafı davam etməkdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1536   Tarix: 29 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893