"Fanatlarla münasibət sevgilinlə münasibət kimidir" - Neymar

"Fanatlarla münasibət sevgilinlə münasibət kimidir" - Neymar

PSJ-nin hücumçusu Neymar komandanın azarkeşləri ilə aralarında olan problem haqda fikirlərini bildirib.

Neymar bu yay "Barselona"ya keçmək istədiyinə görə parisli fanatlar hələ də ona qəzəblidirlər. Baxmayaraq ki, braziliyalı son üç matçda PSJ-yə qələbə gətirən vacib qollar vurub.

BiG.AZ Qol.az-a istinadən bildirir ki, "Sky Sports"a müsahibəsində Neymar deyib:

"Fanatlarla münasibət sevgilinlə münasibət kimidir. Bəzən siz mübahisə edirsiniz və bir müddət danışmırsınız. Sonra isə sevgi və qayğı sayəsində əvvəlki isti münasibətləri bərpa edirsiniz. Mən PSJ-nin uğuruna görə meydanda canımı qoymağa hazıram".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 538 Tarix: 29.09.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər