FİFA səsvermə ilə bağlı bəyanat yaydı

FİFA səsvermə ilə bağlı bəyanat yaydıFİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə əlaqədar keçirilən səsvermə ilə bağlı bəyanat yayıb.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, dünya futbol qurumu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda səsvermədə saxtakarlıqların qeydə alınması ilə bağlı bütün iddiaları yalanlayıb.

FİFA mətbuatda səsvermə zamanı saxtakarlıqlara yol verilməsinə dair xəbərlərin yayılmasından məyusluğunu bildirib və vəziyyətə belə aydınlıq gətirib: "Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək".

Qeyd edək ki, ən yaxşıların mükafatlandırma mərasimi sentyabrın 24-də İtaliyanın Milan şəhərində baş tutub. 2019-cu ilin ən yaxşı futbolçusu isə İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi seçilib. Lakin həmin gündən etibarən mətbuatda səslərin hesablanmasında səhvlərə yol verildiyinə dair müxtəlif faktlar qeyd olunmaqdadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 720   Tarix: 28 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746