Azərbaycanlı müğənni "The Voice"də - VİDEO

Azərbaycanlı müğənni "The Voice"də - VİDEO

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov "The Voice of Germany" adlı mahnı müsabiqəsinə qatılıb.

İfaçı ilkin mərhələdə münsif qarşısına Mustafa Sandalın "Aya benzer" mahnısı ilə çıxıb.

Seyran ifası ilə münsifləri heyran qoyub və dördü də ona dönüb. Özünü təqdim edən müğənni Bakıdan olduğunu söyləyib və "Sənə də qalmaz" oxuyub.

Seyran "The Voice of Germany" yarışmasında iştirakını alman reper Sidonun komandasında davam etdirəcək.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 830 Tarix: 27.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol