İranlılar Aqşinin 2 milyonluq klipini sildirdi - VİDEO

İranlılar Aqşinin 2 milyonluq klipini sildirdi - VİDEO

Meyxanaçı Aqşin Fatehin sosial şəbəkələrdə müzakirələrə səbəb olan “Cangüdən” layihəsi Youtube”dan silinib. Belə ki, klipdə müəllif hüquqlarının pozulmasına yol verilib.

“Qafqazinfo”nun məlumatına görə, Aqşin iranlı musiqiçi Amin Rostaminin mahnısının sözlərini dəyişdirərək ifa edib, eyni zamanda ekranlaşdırıb. Beş gün ərzində 2 milyona yaxın baxış toplayan klip müəlliflərin şikayətindən sonra paylaşım platformasında bloklanıb.

Aqşin “Hər şey daxil” proqramında mövzu barədə danışıb: “Bu yaxınlarda İran musiqisinin üzərinə sözlər yazaraq mahnı ərsəyə gətirdim. Sağ olsunlar, iranlı qardaşlarımız şikayət edib sildirdilər. Onlar bizim yüzlərlə mahnılarımızı oxuyublar, heç bir problem yaratmamışıq. Dostlarım dedi ki, belə bir mahnı var, ifa et, biz şirkətdən icazə alarıq. Klip çıxdı, 5 gün sonra şikayətə görə silindi. İndi yeni aranjiman etdirib qoymaq istəyirəm”.

Qeyd edək ki, meyxana ifaçısının sözügedən klipi trenddə birinci idi.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3576 Tarix: 26.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər