Əkrəm İmamoğlu Tarkanın konsertində - FOTO

Əkrəm İmamoğlu Tarkanın konsertində - FOTO

Meqastar Tarkan Harbiyə açıq hava teatrında konsert proqramı ilə çıxış edib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, İstanbul Böyük şəhər bələdiyyə başçısı Əkrəm İmamoğlu və İzmir bələdiyyə başçısı Tunç Soyer xanımları ilə birlikdə sənətçini izləyənlər arasında olub. Onlar Tarkanla birlikdə onun mahnılarını səsləndiriblər.

Səhnədə "Gülər üzünüzlə səmimiyyətinizlə İstanbula günəş kimi doğuldunuz. Çox gözəl işlər görəcəyinizə inanırıq. Yanınızdayıq, Sizi sevirik. Konsertimə gəlməklə məni qürurlandırdınız" deyən Tarkanın sözləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sənətçi və xanımı Pınar Tevetoğlu kulisdə də bələdiyyə başçıları ilə görüşərək onlarla foto çəkdirib.

Əkrəm İmamoğlu Tarkanın konsertində - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 661 Tarix: 26.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər