Məşhur tenorun 20 qadına təcavüz iddiası istefaya səbəb oldu

Məşhur tenorun 20 qadına təcavüz iddiası istefaya səbəb oldu

Cinsi təcavüz iddiası ilə barəsində təhqiqat aparılan məşhur tenor Plasido Dominqo çalışdığı Metropolitan Operasından istefa etməyə məcbur olub. 78 yaşlı məşhur ispaniyalı tenor Plasido Dominqo 20 qadın tərəfindən təcavüz iddiası ilə ittiham olunur.

Xatırladaq ki, zərəçəkən olduqlarını bildirən qadınların iddiaları “Assoşeyted Press” xəbər saytında yer almışdı. Bundan sonra Amerika Musiqi Sənətçiləri Birliyi tenor barəsində təhqiqatlara başlamışdı.

Təcavüz iddialarından sonra Dominqonun çalışdığı Nyu-Yorkdakı Metropolitan Operası ittihamlara münasibət bildirilib. Açıqlamada Dominqonun Metropolitan Operasından istefa etdiyi, daha öncədən hazırlanmış səhnələrindən çəkilməyi qəbul etdiyi bildirilib.

Operanın əfsanə səsi təcavüz iddialarını rədd etsə də, Metropolitan Operası ilə 51 illik çalışmasının bitdiyini təsdiqləyib.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 364 Tarix: 26.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər