Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü

Bakıda "KamAz" 54 yaşlı piyadanı vurub öldürdü
Bakıda yük maşını piyadanı vurub.

BiG.AZ Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Z. Bünyadov prospektində baş verib.

Bakı şəhər sakini, Məmmədov Nazim Salman oğlu idarə etdiyi "KamAz" markalı qoşqulu yük avtomobili ilə yolun qadağan olunmuş hissəsindən keçən piyada, 1965-ci il təvəllüdlü Yelşeviç Yuriy Aleksandroviçi vurub.

3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan piyada orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 730 Tarix: 21.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər